Silahı yerə qoyun, unitazı götürün!  

Silahı yerə qoyun, unitazı götürün!  

Yazar Veb saytların hazırlanması

19 Sentyabr 2023 22:09 1284


İkinci Qarabağ Müharibəsi ermənilərin iç üzünü açdı. Biz bilirdik, o vaxt müharibə sayəsində həm də bütün dünya bildi ki, ermənilər nankordur, dədə-babalarından ancaq yedikləri qaba tüpürməyi öyrəniblər... 

Dünya həm də ermənilərin qorxaq və yaltaq olduğunu öyrəndi. Guya məğlubedilməz idilər. Guya Qarabağ uğrunda son damla qanlarına kimi vuruşacaqdılar. Amma müharibə başlayanda tülkü kimi qaçıb kol dalında gizləndilər... 

Müharibənin ilk günlərində Paşinyana müraciət etmişdim. Yazmışdım ki, kişiliyin çatırsa, indi Qarabağa gəl! Amma gəlmədi, arvadını göndərdi. Bizim arvad-uşaqla savaşmadığımızı bildiyi üçün belə hərəkət etdi. 

Beləcə, 44 gün davam edən İkinci Qarabağ Müharibəsində dünya həm də ermənilərin çətinə düşəndə arvad-uşağı qabağa verdiklərini öyrəndi...

Ermənilər tarixdən dərs almağı bacarmırlar. Ötən gecə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində təxribat törədərək 6 Azərbaycan vətəndaşıənın həyatına son qoydular. Azca ağılları olsaydı, bu təxribatın cavabsız qalmayacağını anlayardılar. Bunu başa düşmədikləri üçün indi Azərbaycan Ordusu onları öz anladıqları dildə "başa salır". Qarabağda antiterror əməliyyatı başlayıb və davam edir. Cəmi bir neçə saat ərzində düşmənin çoxlu sayda hərbi obyekti sıradan çıxarılıb. 

Azərbaycan humanist dövlətdir. Bizim heç vaxt arvad-uşaqla, dinc insanlarla işimiz olmayıb. Azərbaycan Ordusu Qarabağ ermənilərini separatçıların girovluğundan xilas etmək üçün hərəkətə keçib. 

Müdafiə Nazirliyinin bu gün yayılan müraciətində bildirilir: "Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. 

Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. 

Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb".

Qalır bu çağırışa əməl etmək və silahı yerə qoymaq!   

Bu, bir vətəndaş və jurnalist kimi mənim mövqeyimdir: Biz heç bir ermənini Qarabağda yaşamağa məcbur edə bilmərik. Kim Azərbaycan qanunlarına tabe olacaqsa, qalıb yaşasın. Kim istəmirsə, yaradılmış humanitar dəhlizdən istifadə etsin, yəni getsin... 

Seçim sizindir; burda yaşamaq istəmirsinizsə silahı yerə qoyun, unitanızınızı da götürüb gedin.

Biz sizin İkinci Qarabağ Müharibəsində tankı qoyub unitazı apardığınızı çox görmüşük. 

Sizə yaraşan da elə budur...

Seymur VERDİZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!