Amerikalıların yarısından çoxu - 54%-i silah qanunlarının sərtləşdirilməsini dəstəkləyir.
Yenisabah.az xəbər verir ki, bunu “CBS News” və “YouGov”un keçirdiyi sorğu sübut edir.
Sorğunun nəticələrinə görə, respondentlərin 30 faizi mövcud qanunların dəyişdirilməsinə ehtiyac görmür, daha 16 faizi isə daimi yumşaldılmaya çağırır. pizza hut
Müxtəlif siyasi baxışları olan insanlar arasında bu məsələ ilə bağlı mövqelər fərqlidir. Silah satışı ilə bağlı qanunun sərtləşdirilməsinin tərəfdarı olan demokratların 79%-i, respublikaçıların cəmi 27%-i və bitərəflərin 50%-i bu mövqeyi bölüşür.
Demokratların 9%-i, respublikaçıların 24%-i və bitərəflərin 17%-i qanunun yüngülləşdirilməsinin lehinə səs verib.
Qanunvericiliyin dəyişməz saxlanılmasını respublikaçıların 49 faizi, bitərəflərin 33 faizi və demokratların 12 faizi dəstəkləyir.
Sorğu Texa ştatının cənubundakı məktəbdə atışmada 19 uşaq və iki böyük şəxsin öldürülməsindən bir neçə gün əvvəl keçirilib.
Telegram kanalımız