Şimal bölgəsinə yenə leysan yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Şimal bölgəsinə yenə leysan yağacaq

Rəsmi

28 İyun 2019 15:36 1043


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində gözlənilən hava şəraiti haqda proqnozu açıqlayıb.

Nazirlikdən “Yeni Sabah”a daxil olan xəbərə görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin yağışlı olacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 27-32,  dağlıq rayonlarda  19-24 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində iyunun 29-da hava yağmursuz keçsə də,  Sezar pizza

iyunun 30-da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. 

Aran rayonlarında fasilələrlə yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da  əsasən axşam saatlarında yağış yağacaq. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.  

Bakıda və Abşeron yarımadasında iyunun 29-u gündüz saatlarından arabir güclənən şimal-qərb küləyinin  iyunun 30-da daha da güclü olacağı gözlənilir. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!