Fransanın "Total" şirkəti Şimal dənizində Böyük Britaniya şelfində yeni qaz kondensatı yataqları aşkar edib.
Yataqlar "Glengorm" quyusunun qazıntısı zamanı aşkar olunub, əldə oluna biləcək resurslar, təqribən, 250 milyon barel neft ekvivalentində qiymətləndirilir.
Şirkətdən bildiriblər ki, bundan sonra qazma işləri ehtiyatların və məhsularlıq tutumunun qiymətləndirilməsi üçün ediləcək. pizza hut
Kəşf olunan yataqda "Total" 25% paya malikdir. "CNOOC Petroleum Europe Limited" (50%) operator kimi çıxış edir. Layihədə digər 25% İtaliyanın "Edison" şirkətinin Britaniya bölməsinin törəmə şirkəti olan "Euroil"a məxsusdur.
Report
Telegram kanalımız