Şimal ölkələri Türkiyə ilə razılığa gəlməyə çalışır

saytların hazırlanması

Evə çatdırılma

Şimal ölkələri Türkiyə ilə razılığa gəlməyə çalışır

Dünya

15 May 2022 11:06 185


İsveçin xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb.

Yenisabah.az SVT-yə istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ann Linde bildirib.

Şimal ölkələrinin NATO-ya daxil olma ehtimalını müzakirə mövzusu olub. Toyuqlu pizza

Nazirin sözlərinə görə, görüşlərdə heç bir razılıq əldə olunmayıb və tərəflər bu mövzu barədə danışıqları davam etdirəcəklər:

“Fərqli fikirlərimiz var, amma PKK-nı terror təşkilatı hesab etdiyimizi açıq şəkildə bildirdik. Bir çox digər NATO müttəfiqləri kimi, biz də digər kürd təşkilatları ilə danışıqlar aparırıq”.

O əlavə edib ki, tərəflərin diplomatları bu məsələ ilə bağlı dialoqu davam etdirəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!