Şimali Koreya: Nüvə müharibəsi riski artır

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreya: Nüvə müharibəsi riski artır

Dünya

28 Yanvar 2024 13:36 373


ABŞ-nin təxribatçı hərəkətləri Koreya yarımadasında nüvə müharibəsinə səbəb ola bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Koreya Fəhlə Partiyasının nəşri olan “Nodong Sinmun” məlumat yayıb.

“Koreya yarımadasında münaqişə qızışarsa, bu, dünya nüvə müharibəsinə çevriləcək və bəşəriyyətə saysız-hesabsız fəlakətlər gətirəcək”, – Şimali Koreya qəzetində dərc olunan məqalədə deyilir. pizza hut

Nəşr hesab edir ki, təcavüzkar müharibəyə başlamağa və qlobal təhlükəsizliyi tapdalamağa çalışan “imperialistlərə” qarşı bütün ölkələr birləşməlidir. Məqalə müəllifləri bildirirlər ki, KXDR münaqişə üçün yer olmayan dünya qurmaq üçün mübarizəni davam etdirəcək.

Bundan əvvəl Şimali Koreyanın şərq sahillərindən Yapon dənizinə doğru bir neçə qanadlı raket atdığı bildirilib. Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və Şimali Koreyanın hərəkətlərini izləmək üçün ABŞ ilə koordinasiya apardığını qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!