Şimali Koreya yeni raket sınağı həyata keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreya yeni raket sınağı həyata keçirdi

Dünya

12 May 2022 18:00 129


KXDR mayın 12-də ballistik raket buraxılışını həyata keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Yapon patrulları bölgədəki gəmilərin heyətini raket aşkarlanacağı təqdirdə ona yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb. pizza sifarişi

“Yonhap” agentliyi isə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən xəbər verir ki, KXDR hakimiyyəti üç qısamənzilli ballistik raket atıb:

Xatırladaq ki, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri həyata keçirdiyi 16-cı silah sınağıdır. Həmçinin, mayın 7-də KXDR-in sualtı qayıqdan ballistik raket buraxdığı da iddia edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!