Şimali Koreyada hakimiyyət orqanları daha 232 min nəfərdə qızdırma əlamətləri qeydə alıb.
Yenisabah.az Mərkəzi İnformasiya Agentliyinə istinadla xəbər verir ki, aprelin sonundan bu yana koronavirusun yayılması fonunda belə halların ümumi sayı 1,72 milyon nəfər təşkil edib.
Hazırda 1 milyondan bir qədər çox insan sağalıb, 691 mini müalicə olunur. Eyni zamanda, ötən gün 6 nəfər qızdırmadan dünyasını dəyişib və belə ölümlərin ümumi sayı 62-yə çatıb. pizza hut
KXDR səlahiyyətliləri COVID-19-un kütləvi testi və dəqiq aşkarlanması üçün avadanlığın yoxluğuna görə qızdırma əlamətləri olan insanlarla bağlı statistika aparırlar.
Ölkədə koronavirusla bağlı vəziyyəti müzakirə etmək üçün ölkə lideri Kim Çen Inın iştirakı ilə Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası keçirilib.
Mayın 12-də Şimasi Koreya ilk dəfə olaraq koronavirusun aşkarlanması barədə məlumat yayıb.
Telegram kanalımız