Şimali Koreyada son gündə 219 mindən çox yüksək hərarətli xəstə və daha bir ölüm qeydə alınıb.
Yenisabah.az Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki, ümumilikdə 2,46 milyondan çox insan xəstələnib.
Aprelin sonundan mayın 20-dək qızdırması olan xəstələrin sayı 2 milyon 460 min nəfərdən çox olub, onların 1,76 milyondan çoxu sağalıb, 692 minə yaxınının isə müalicəsi davam etdirilir. Sezar pizza
Qızdırması olan xəstələrin dəqiq neçə hissəsinin COVID-19 xəstəsi olduğu barədə dəqiq məlumat verilmir.
Hazırda ölənlərin ümumi sayı 66 nəfərdir. Bildirilib ki, onlardan ən azı birində analiz zamanı “omicron” BA.2 koronavirus ştammının “stels-omikron” adlanan variantı aşkar edilib.
Telegram kanalımız