Şimali Koreyada virusdan ölənlərin sayı artmaqdadır.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In epidemiyaya qalib gəlmək üçün böyük mübarizə aparacaqlarını bildirib.
Ölkədə Covid-dən ölənlərin sayı 27-yə yüksələrkən, 280 mindən çox insanın eyni xəstəlikdən müalicə olunduğu bildirilir. pizza mizza
Şimali Koreya epidemiya başlayanda sərhədlərini bağlayaraq virusun ölkəyə daxil olmasının qarşısını almağa çalışmışdı. Mütəxəssislər bu günə qədər heç bir peyvənd tətbiq etməyən ölkədə pandemiyanın sürətlə artmasından narahatdırlar.
Nəzrin Vahid
Telegram kanalımız