Şimali Makedoniya gələn ilədək NATO üzvü ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Şimali Makedoniya gələn ilədək NATO üzvü ola bilər

Dünya

13 Fevral 2019 19:39 1306


Şimali Makedoniya 2020-ci ilin yazınadək NATO-nun tam hüquqlu üzvü ola biləcək, hərçənd qarşı tərəf bu məsələni mümkün qədər tezləşdirməyə çalışacaq.

Bunu NATO-nun adının çəkilməsini istəməyən yüksək rütbəli nümayəndəsi Brüsseldə keçirilən brifinq zamanı bildirib.

“NATO-nun bütün üzv ölkələri tərəfindən Makedoniyanın qoşulması barədə protokolun ratifikasiyasının 12 ay vaxt aparacağını gözləyirik. Yəni həmin ölkə gələn yaza qədər təşkilatın üzvü ola bilər”, – mənbə qeyd edib. pizza mizza

Xatırladaq ki, ötən gün Makedoniyanın (“Keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası”) Şimali Makedoniya Respublikası adı daşıyacağı barədə 12 iyun 2018-ci il tarixli Prespa sazişi rəsmi qüvvəyə minib. Beləliklə, ölkənin beynəlxalq təşkilatlara Yunanıstanın etirazı ilə üzləşmədən daxil olmasına yol açılıb.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!