Simonyan qohumu nədə ittiham olunur?

saytların hazırlanması

Evə çatdırılma

Simonyan qohumu nədə ittiham olunur?

Dünya

01 Fevral 2024 12:10 578


Ermənistan parlamenti sədri Alen Simonyanın qardaşı arvadı ilə bağlı vəsatət məhkəməyə təqdim olunub.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, vəsatət onun həbsi ilə bağlıdır.

Ani Gevorkyanın hansı maddə ilə ittiham olunduğu hələ məlum deyil. Pepperoni pizza

Sadəcə məlumdur ki, vəsatət İqtisadiyyat Nazirliyində aparılan axtarış və həbs prosesi çərçivəsində verilib.

Bundan əvvəl İstintaq Komitəsi məlumat yayıb ki, İqtisadiyyat Nazirliyinin məsul şəxsləri müəyyən səhmdar cəmiyyətin direktoru və işçilərinin köməkliyi və təşviqi ilə hökumətin tələblərini pozaraq digər şirkətlərin iştirakına mane olan şərait yaradıb, faktiki olaraq onları iştirakdan kənarlaşdırıb. Nəticədə 3 dəfə baha - 392 milyondan çox vəsait təqdim edən şirkət qalib olub.

Bu hərəkətlər nəticəsində müsabiqədə iştirak edən fondun hüquq və qanuni mənafeləri pozulub, dövlətə külli miqdarda ziyan vurulub.

Yanvatın 31-də Milli Təhlükəsizlik Xidməti 6 nəfəri saxlayıb.

Digər cinayət işi intensiv bağların yaradılmasına dövlət dəstəyi proqramında iştirakla bağlı dələduzluqla bağlıdır. Bu iş çərçivəsində İqtisadiyyat Nazirliyinin məmuru saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!