Simonyan: “Sülhə hazırıq“

saytların hazırlanması

Evə çatdırılma

Simonyan: “Sülhə hazırıq“

Rəsmi

05 May 2023 14:59 712


“Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada keçirdiyi brifinq zamanı bildirib.

O qeyd edib ki, Ermənistan ticari baxımından regionun açılmasında problem görmür. Toyuqlu pizza

Simonyanın sözlərinə görə, Azərbaycandan Naxçıvana, eləcə də Türkiyəyə vətəndaşların gediş-gəlişi və yüklərin daşınması Ermənistanın qanunvericiliyi və suverenliyi əsasında sərbəst şəkildə həyata keçirilə bilər:

“İrəvan Ankaranın bu istiqamətdə addımlar atacağına ümid edir”.

Xatırladaq ki, Ermənistan parlamentinin üzvləri Türkiyədə keçirilən Qara dəniz forumu çərçivəsində bu ölkədə səfərdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!