Simonyanın əri Bakıya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Simonyanın əri Bakıya gəldi

Rəqəmsal

16 Mart 2019 01:50 1651


Bu gün “Sputnik Azərbaycan”da təcili toplantı olub. Toplantını Moskvadan gələn, bölgələr üzrə rəhbər Andrey Blaqodırenko aparıb. A.Blaqodırenko “Sputnik”in əsas fiquru olan Marqarita Simonyanın həyat yoldaşıdır.

 A.Blaqodırenko iclasda bildirib ki, Azərbaycanda Mətin Yaşaroğlunun istefası ilə bağlı qaldırılan ajiotaja heç bir önəm vermir və “Sputnik”in Qarabağla bağlı kursunda heç bir dəyişiklik olmayacaq. 

A.Blaqodırenko iclasda həmçinin qeyd edib ki, Azərbaycan hakimiyyətinin “Sputnik”i bağlamağa və Əziz Əliyevi kənarlaşdırmağa gücü çatmaz. “Biz Rusiyanı təmsil edirik və Qarabağ və digər məsələlərlə bağlı siyasəti biz müəyyən edirik, sizin hakimiyyət yox”, -deyə A.Blaqodırenko vurğulayıb. Toyuqlu pizza

İlkxeber.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!