Simonyanın uşaqları türkləri öldürməyə çağırdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO

Dünya

21 İyun 2021 08:00 5875


“Rossiya Seqodnya” BİA və RT telekanalının baş redaktoru Marqarita Simonyanın 8 yaşlı qızı və 7 yaşlı oğlu türkləri öldürməyə çağırıb.

“Yeni Sabah” "haqqin.az"a istinadən xəbər verir ki, bunu əks etdirən videonu Simonyan öz feysbuk səhifəsində paylaşıb.

Həmin videoda onun qızı Maryana və oğlu Baqrat “Zartnir, lao!” (“Oyan, oğul!”) erməni millətçi mahnısını ifa edirlər. Simonyan paylaşımının mətn hissəsində “Ermənistandakı bügünkü seçkilərə həsr olunur” sözlərini yazıb. Marqarita pizza

Ən parodoksalı isə - Simonyan təkcə erməniləri türkləri öldürməyə və onlarla mübarizəyə səsləyən, terrorçu-kamikadze, daşnak Arabonu (Arakel Mxitaryan) tərifləyən faşist mahnısını tirajlamır, həm də bütün erməni uşaqlarını etnik prinsip əsasında mübarizəyə səsləyərək irqçi təbliğatı inkişaf etdirir. Simonyanı faşizmə görə mühakimə etmək lazımdır!

Qeyd edək ki, Arakel Mxitaryan XIX əsrin sonlarında Osmanlı imperiyasında terrorçu erməni dəstələrinə rəhbərlik edib və dinc türk kəndlərinə tez-tez silahlı basqınlar həyata keçirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!