Şimşək, külək, leysan... - Azərbaycanda   FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Şimşək, külək, leysan... - Azərbaycanda FAKTİKİ HAVA

Maraqlı

24 Avqust 2020 13:06 590


Azərbaycanda hazırda müşahidə olunan faktiki hava açıqlanıb.

Yenisabah.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub. 

Düşən yağışın miqdarı Balakən-Şəki zonasında 11-70, Mərkəzi Aran rayonlarında 5-34, Kiçik Qafqazda 4-12, Naxçıvan Muxtar Respublikasında 8-15, Qazax-Gəncə zonasında 2-10, Bakıda və Abşeron yarımadasında 2-7 mm təşkil edib. Sezar pizza

Şimal-qərb küləyi səhər saatlarından tədricən 7-12 m/s-dək mülayimləşib. 

Avqustun 23-də Bakıda havanın temperaturu iqlim normasından 6-7 dərəcə aşağı olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-23, Aran rayonlarında 17-23, dağlıq rayonlarda 12-14, Naxçıvan MR-da 18-25 dərəcə isti olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!