Sinan Oğan da namizədlikdən çəkilə bilər 

saytların hazırlanması

Evə çatdırılma

Sinan Oğan da namizədlikdən çəkilə bilər 

Siyasət

11 May 2023 16:09 817


Xəbər verdiyimiz kimi, bu gün CHP-dən qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb. 

Yenisabah.az xəbər verir ki, türkiyəli məşhur jurnalist İsmail Saymaz maraqlı iddia ilə çıxış edib. 

O, ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın namizədi Sinan Oğanın da namizədlikdən geri çəkilə biləcəyini açıqlayıb.  Pepperoni pizza

"Mənbələrdən mənə gələn bilgilərdə Sinan Oğanın da namizədliyini geri götürəcəyi barədə məlumatlar var", - o bildirib. 

Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!