Türkiyənin tanınmış siyasətçisi, ATA ittifaqının prezidentliyə namizədi olmuş Sinan Oğan Bakıda səfərdədir.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Oğan ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakıya gəlib. O, Ərdoğanın Bakıda rəsmi qarşılanma mərasimində Türkiyə nümayəndə heyətinin tərkibində yer alıb. pizza hut
Oğan öncə Azərbaycan Prezidenti İlham Əliyev ilə, daha sonra Ərdoğanla salamlaşıb.
Sinan Oğanın Türkiyənin dövlət başçısı ilə eyni heyətdə Bakıya səfər etməsi birmənalı qarşılanmayıb. Türkiyə KİV-ləri bununla bağlı müxtəlif mülahizələr irəli sürüblər. Onların iddiasına görə, Prezident Ərdoğan keçmiş rəqibinin hazırda onunla eyni komandada olduğuna dair mesaj verir. Türkiyənin dövlət başçısının bu addımının həm də rəsmi Bakıya edilən jest olduğu bildirilir. Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunan Sinan Oğanı özü ilə Bakıya gətirməklə iki qardaş ölkə arasındakı münasibətlərin bundan sonra da yüksəl xətt üzrə inkişaf edəcəyinə işarə vurduğu önə sürülür.
Rafi MÜSLÜMOV
Telegram kanalımız