Sınaq imtahanlarının nəticələri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sınaq imtahanlarının nəticələri açıqlandı

Sosial

05 Fevral 2019 17:41 1759


Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə keçirilən sınaq imtahanının nəticələri elan edilib.

DİM-dən “Yeni Sabah”a verilən məlumata görə, fevralın 3-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 12:30-dan etibarən elan edib.

Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Pepperoni pizza

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1604 nəfərdən 41 nəfəri imtahana gəlməyib. 1563 nəfərin imtahan nəticələri DİM-in internet saytında yerləşdirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!