Sinəsini böyütmək istəyən qız ömürlük əlil oldu - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sinəsini böyütmək istəyən qız ömürlük əlil oldu - VİDEO

Sağlamlıq

22 Dekabr 2019 05:53 1387


Koloradodan (ABŞ) olan 18 yaşlı Emmalin Nquen sinəsini böyütmək üçün həkim Ceffri Kimin çalışdığı klinikaya müraciət edib.

“New York Post” bildirir ki, əməliyyat zamanı qızın ürəyi dayanıb. Xəstəxananın əməkdaşları mütəxəssis çağırmaq əvəzinə, vəziyyətdən çıxış yolunu özləri tapmağa çalışıblar, nəticədə vaxt itiriblər. Qız əməliyyat başlayandan yalnız 5,5 saat sonra xəstəxanaya çatdırılıb, lakin  artıq bu müddət ərzində onun beyni ciddi zədə almışdı.

Xəstə 22 gündən sonra reabilitasiya mərkəzinə yerləşdirilib. Lakin Emmalin nə yeriyə, nə danışa, nə də müstəqil surətdə qidalana bilir. pizza mizza

Qızın ailəsi həkimləri məhkəməyə verməyə hazırlaşır. Nquenlərin vəkili qızın sağalmaq şansının az olduğunu bildirir. 

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!