Siqaret çəkən sürücülərə son xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Siqaret çəkən sürücülərə son xəbərdarlıq

Sağlamlıq

08 Fevral 2019 00:32 1246


Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, görüşdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanundan irəli gələn bir sıra tədbirlərin icrası ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, bu Qanun ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Diqqətə çatdırılıb ki, Qanunun 10-cu maddəsinin 1.12-ci bəndinə əsasən müntəzəm şəhərdaxili avtobuslar və taksi minik avtomobilləri tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib. Qanun tələbinin qısa vaxtda icrasının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib. Bununla əlaqədar istehsalat bazalarında sürücülərlə müvafiq izahat işlərinin aparılması, sərnişinlərlə münasibətdə etik-davranış qaydalarına əməl edilməsi, həmçinin, nəqliyyat vasitəsinin təhlükəsiz idarəedilməsi ilə bağlı təlimatların verilməsi tapşırılıb. pizza

Həmçinin, bu qadağanın pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən 40 manatdan 50 manatadək məbləğdə cərimə nəzərdə tutulub. Qaydaları pozan sürücülərin aşkar edilərək məsuliyyətə cəlb ediləcəyi barədə daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!