“Sıravi əsgərdən polkovnik rütbəsi daşıyan zabitə qədər...” – Deputat Naxçıvandan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Sıravi əsgərdən polkovnik rütbəsi daşıyan zabitə qədər...” – Deputat Naxçıvandan danışdı

Siyasət

24 Sentyabr 2021 09:41 3177


“Döyüş meydanında qətiyyətlə və əzmlə mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinin igid əsgər və zabitlərinin cəsarət və fədakarlıq nümunəsi ortaya qoymaları xalqımızın qürur mənbəyidir. Biz iftixar edirik ki, onlar Vətən qarşısında borclarını şərəflə və ləyaqətlə yerinə yetirdilər, gələcək nəsillər üçün örnək vətəndaşlıq nümunəsi yaratdılar. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn və sağlamlıqlarını itirərək qazi olan qəhrəman Vətən övladlarına sonsuz minnətdarıq”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. O, bildirib ki, bu gün Azərbaycan dövləti və cəmiyyəti şəhid ailələrinə, qazilərimizə xüsusi hörmət, yüksək diqqət və qayğı ilə yanaşır. 

“Dövlət başçısı bu istiqamətdə son bir neçə ay ərzində müvafiq sənədlər imzalayıb. Yeri gəlmişkən, Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalaması təqdirəlayiq hal kimi olduqca mühüm əhəmiyyətə malikdir.  Toyuqlu pizza

Qeyd etmək lazımdır ki, Vətən Müharibəsində tarixi qələbənin əldə olunmasında digər bölgələrdə olduğu kimi, respublikamızın Ermənistanla ən böyük sərhədə malik bölgəsi Naxçıvanın da qəhrəman övladları yüksək rəşadət nümayiş etdiriblər. Sıravi əsgərdən polkovnik rütbəsi daşıyan zabitə qədər Naxçıvan hərbçiləri Ordumuzun xilaskarlıq missiyası çərçivəsində cəsarətlə döyüşərək şəhidlik zirvəsinə yüksəliblər.

Dövlət başçısının bəhs olunan Sərəncamı mühüm sosial və mənəvi əhəmiyyətə malik olmaqla, yüksək hörmət, ehtiram və qayğı nümunəsidir. Bütövlükdə, Vətənə şərəflə və ləyaqətlə xidmət edərək böyük Qələbənin qazanılmasında mühüm rol oynayan Naxçıvanın qəhrəman övladlarının, şəhidlərimizin ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması milli birliyimizi gücləndirən çox önəmli amillərdəndir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!