Şirkət direktoru 110 min manatlıq dələduzluq etdi

saytların hazırlanması

Evə çatdırılma

Şirkət direktoru 110 min manatlıq dələduzluq etdi

Kriminal

20 Dekabr 2025 17:36 629


"Marthvvood" MMC-nin direktoru Teymur Məhərrəmov dələduzluq əməlinə görə cəzalandırılıb.

"Yeni Sabah" "Qaynarinfo"ya istinadla xəbər verir ki, ittihama görə o, mebel düzəldəcəyi vədi ilə bir neçə nəfərə qarşı dələduzluq edib. Dəymiş ziyanın ümumi məbləğinin 110 020 manat olduğu müəyyənləşdirilib.

Teymur Məhərrəmov zərərçəkənlərin şikayətləri əsasında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Dominos pizza

Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. Teymur Məhərrəmov məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli sayıb.

Məhkəmənin hökmü ilə ona üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Teymur Məhərrəmovun həbsdə saxlanıldığı 11 gün bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Nizamnamə kapitalı 10 manat olan "Marthvvood" MMC 2022-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Teymur İsrail oğlu Məhərrəmovdur. Şirkətin hazırda 7 972,06 manat vergi borcu var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!