Fevralın 14-də Səbail RPİ-nin 41-ci Polis Bölməsinə Salyan yolu küçəsində yerləşən şirkətlərin birinin həyətindən mühərriklər, yüksək təzyiqə davamlı borular, elektrik avadanlıqları və dəmir ayaqaltıların oğurlanması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən “Yeni Sabah"a verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakinləri N.Hüseynzadə, H.Nadirov və Bakı şəhər sakini H.Məmmədzadə qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır. pizza sifarişi
Telegram kanalımız