Şirkətlərarası futbol turnirinin püşkü atılıb

saytların hazırlanması

Evə çatdırılma

Şirkətlərarası futbol turnirinin püşkü atılıb

İdman

19 Aprel 2019 20:53 1260


“AtaBank” ASC-nin  dəstəyi ilə “GNI”, “PMD”, “AtaHolding”, “AFAM” və “Synergy” Şirkətlər  Qrupunun əməkdaşları arasında  Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışının püşkatma mərasimi keçirilib.  

“Yeni Sabah” xəbər verir ki, “AtaBank” ASC-nin “Dostluq” filialının konfrans zalında təşkil edilən tədbirdə 12 komanda 3 qrupa bölünüb. Qruplarda 1-ci və 2-ci yerləri tutacaq, həmçinin 3-cü yerdə qərarlaşacaq ən yaxşı 2 komanda 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcəklər.

A qrupu Marqarita pizza

MXD

“Gobustone”

VTB

GNİ

B qrupu

“Synergy Group”

“First United”

“Cybernet”

“Region”

C qrupu

“No Name”

AFAM Group

POLİQRAFAZ

“AtaSığorta”

1/4 final

1. A1 - C2

2. A2 - B2

3. C1 – B3/A3

4. B1 - A3/C3

1/2 final

1-ci cütünün qalibi – 3-cü cütünün qalibi

4-cü cütünün qalibi – 2-ci cütünün qalibi

Üçüncü yer uğrunda

Yarımfinalların məğlubları

FİNAL

Qeyd edək ki, çempionata aprelin 27-də start veriləcək. AzFar stadionunda (Tennis akademiyası ilə üzbəüz) təşkil olunacaq yarış AFFA-nın hakimlər briqadası tərəfindən idarə ediləcək.

Turnirdə çempiona 5000, 2-ci yeri tutacaq komandaya 4000, 3-cü pillənin sahibinə 3000 manat pul mükafatı veriləcək. Həmçinin turnirin ən yaxşıları da hədiyyəsiz qalmayacaqlar. Yarışın ən yaxşı oyunçusu, bombardiri və qapıçısı hərəyə 500 manatla mükafatlandırılacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!