Bəzi bürclər yaxşı xüsusiyyətlərə malik olsa da, bəziləri pis xüsusiyyətləri ilə seçilir. Belə ki, Təbiətcə hiyləgər və arxadan iş çevirən 4 bürc üzə çıxıb. Bəzi bürclər var ki, sirr söylədiyinizə görə peşman ola bilərsiniz.
Yenisabah.az bu bürcləri təqdim edir:
Qız Toyuqlu pizza
Qızlar həmişə diqqətli insanlardır. Qız bürcü hər şeydə təfərrüatlı olur. Bu səbəbdən onlarla danışarkən iki dəfə düşünmək lazımdır. Qızlar dediyiniz hər sözü xatırlayır. Onlarla probleminiz olduqda, onlar sizin haqqınızda olan məlumatlardan düşünmədən istifadə edə bilərlər.
Əqrəb
Əqrəb bürcü astrologiyada sirli təbiəti ilə tanınır. Onların nə düşündüklərini təxmin etmək asan deyil. Əqrəblər sizə xüsusilə qəzəblidirlərsə, arxanızca müxtəlif oyunlar oynayaraq qisas ala bilərlər. İntiqam və kin hissi yüksək olan Əqrəblərin nə edəcəyini heç vaxt əvvəlcədən bilmək olmur. Münasibətlərində hisslərini göstərməyən Əqrəblər qapalı qutuya bənzəyirlər. Bəzən onlarla münasibətdə olduğunuz zaman həqiqətən sevildiyinizi başa düşmək belə çətindir.
Əkizlər
Əkizlər bürcü həmişə açıqsözlüdür. Əkizlər danışmağı və açıq olmağı sevirlər, lakin bəzən bic davrana bilirlər. Əkizlər bürcü nə qədər təbii görünsə də, həmişə gizlətdiyi şeylər var. Əkizlər bürcü ilə sözünüz çəp gəlsə, o zaman onlar dərhal arxanızca nəsə edə bilərlər.
XƏRÇƏNG
Xərçəng bürcləri emosional və həssas olmaları ilə tanınır. Kədərlənəndə bu vəziyyətdən çıxmağın yollarını axtarırlar. Bununla belə,həm də nifrət və intiqam hissi ilə dolu olur. Bir Xərçəng bürcü ilə münaqişəyə girsəniz, şübhəsiz ki, arxanızdan gizli işlər çevirəcək və bütün sirrlərinizi ortaya qoyacaq. Bu səbəbdən Xərçənglə münasibətdəsinizdə, diqqətli olmağınız vacibdir.
Nəzrin MUSAYEVA
Telegram kanalımız