Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlunun batması barədə məlumat daxil olub.
Yenisabah.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək. Marqarita pizza
Telegram kanalımız