Şirvandakı qətl necə baş verib? - Video

saytların hazırlanması

Evə çatdırılma

Şirvandakı qətl necə baş verib? - Video

Kriminal

14 Fevral 2019 03:35 972


Xəbər verdiyimiz kimi Şirvan şəhərində 18 yaşlı gənc həmyaşıdı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. 

“Yeni Sabah” bildirir ki, hadisə ötən gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini, 18 yaşlı Rəşad Fətullayev atasının çalışdığı mağazanın qarşısında ikən 2001-ci il təvəllüdlü Amil Adıgözəlov tərəfindən bıçaqlnıb. 

Rəşad Fətullayev aldığı bıçaq yarasından elə mağazanın qarşısında ölüb. Qətli törədən şəxs isə ərazidən uzaqlaşaraq aradan çıxıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb olunub. Əraziyə baxış keçirildikdən sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və  Pataloji Anatomiya birliyinin Şirvan şəhər şöbəsinə aparılıb.  Dominos pizza

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Amil Adıgözəlovun yerini müəyyənləşdirib istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib ve polis terefinden saxlanilib. 

Qeyd edək ki, Rəşad Fətullayev BDU-nun tələbəsi olub.Faktla bağlı araşdırma aparılır.

Bu gün mərhumun yas mərasimi keçirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!