“Siyasətdə dialoq mühiti demokratik dəyərlərin göstəricisidir” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Siyasətdə dialoq mühiti demokratik dəyərlərin göstəricisidir” - Vüqar Rəhimzadə

Siyasət

28 Mart 2023 20:32 536


"Siyasi sistemin təkmilləşdirilməsi, sağlam dialoq mühitinin siyasi dəyər kimi təşviq edilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Dövlət başçısı İlham Əliyevin bu istiqamətdə təşəbbüsləri və atdığı addımlar ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti 2021-ci ildə Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında dövlət başçısı İlham Əliyevin  səsləndirdiyi bu çağırışlara da yönəldib: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”  pizza sifarişi

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, son iki il Azərbaycanda dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasətinin ilk mərhələsi kimi dəyərləndirilir: “Siyasi dialoq” məfhumunun aktuallaşdırılması, siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi, siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi, qərəzli mövqelərdən çıxış edən tərəflərin səhvləri etiraf etmələri və siyasi fəaliyyətlərini yeni təmiz səhifədən başlamaq istəkləri,  ümumilikdə siyasi sistemin sağlamlaşdırılması dövrü kimi təhlil edilən bu mərhələdə görülən işlər, atılan addımlar qənaətbəxşdir.

Vüqar Rəhimzadə diqqəti açıq və demokratik rəqabətə çağırış kimi dəyərləndirilən “Siyasi partiyalar haqqında” yeni Qanunun perspektivlərinə, siyasi dialoq mühitinin möhkəmləndirilməsində onun roluna yönəldərək bildirib ki, bu sənəd siyasi proseslərdə iştirak edən tərəflərin güclərinin balansına xidmət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!