Mühacirətdə yaşayan bəzi azərbaycanlıların ölkəmiz əleyhinə təbliğat aparması birinci dəfə deyil.
Saxta dəlillərlə, ağlagəlməz üsul və metodlarla Avropada peyda olan və dərhal sonra özlərini “siyasi mühacir” kimi təqdim edən bu adamlar yerlərini möhkəmlətmək üçün şər və böhtan kampaniyaları aparmaqdan çəkinmirlər.
Xaricdə yaşamaq, Avropada mühacirlər üçün nəzərdə tutulan hüquq və imtiyazlardan istifadə etmək üçün vətəndaşı olduğu ölkəni qaralamaq, real situasiyanı ancaq qara rəngdə təqdim etmək yeganə bu adamlar üçün ən asan çıxış yoludur. Məzlum mühacir imiclərini yaratmaq üçün həmin şəxslərin qaralama kampaniyasının öncülləri olmaqdan başqa çıxış yolları qalmayıb. Marqarita pizza
Martın 14-də Almaniyada dövlətimiz və ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında bu ölkədə yaşayan azərbaycanlı mühacirlər - Orxan Ağayev, Şirin Tire Abbasov və Əfqan Muxtarlının Almaniya kanslerinin rəsmi iqamətgahı qarşısında peyda olmaları bir o qədər də gözlənilməz olmadı. Çünki Azərbaycan əleyhinə təbliğat bu adamların fəaliyyətinin əsas istiqamətini təşkil edir. Onlar ölkəmizi qaralama kampaniyasına “çörək ağacı”, qazanc mənbəyi kimi baxırlar. Bu, həm də onların müvəqqəti sığındıqları ölkələrdə daha uzunmüddətli qalmalarını təmin edən faktora çevrilməkdədir.
Başda O.Ağayev, Ş.T.Abbasov və Ə.Muxtarlı olmaqla hazırda Avropada siyasi mühacir həyatı yaşayan şəxslərin bulunduqları ölkələrdə uzun müddət qalmaları ilə bağlı problemlər var. Həm Almaniya, həm də digər Avropa ölkələri “qoca qitə”də mühacir kimi ortaya çıxan bu adamların fəaliyyətini ciddi şəkildə təftiş etməklə məşğuldur.
Alman polisinin apardığı araşdırmalar sübut edir ki, həmin şəxslər heç də siyasi mühacir deyillər. Yəni onlar öz ölkələrində olarkən siyasi təzyiqlə üzləşməyib, hər hansı təhdid və təzyiqə məruz qalmayıblar. 14 mart tarixinin “qəhrəmanlar”ı Orxan Ağayev, Şirin Tire Abbasov və Əfqan Muxtarlı Almaniyada aksiyaya icazə almaq üçün yerli polisə müraciət ediblər. Amma alman polisi onların müraciətini rədd edib. Bu cavabdan məyus olan “mühacirlər” çıxış yolunu “Bundeskanzleramt”ın (kanslerin iqamətgahı) yanında aksiya keçirməkdə görüblər.
Almaniyadakı erməni lobbisinin səhifələrindən biri olan “Theophanu Club Germany” səhifəsinin aksiyaya informasiya dəstəyi verməsi mühacirlərin gizlin niyyətini aşkara çıxardı. Məlum oldu ki, Almaniyada yaşamaq, siyasi mühacir statusu almaq üçün onlar ermənilərlə əməkdaşlıqdan belə çəkinmirlər. Həm də Almaniyadakı erməni lobbisinin bundan ölkəmizə qarşı istifadə edəcəklərini bilə-bilə.
Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, məscidlərimizdə donuz bəsləyən, minlərlə azərbaycanlını qanına bələyən düşmənin əlində alətə çevrilmək olduqca kədərlidir... 





Telegram kanalımız