Siyasi partiya yaratmanın qaydaları dəyişir

saytların hazırlanması

Evə çatdırılma

Siyasi partiya yaratmanın qaydaları dəyişir

Siyasət

07 Sentyabr 2022 17:27 937


Azərbaycanda siyasi partiya təsisetmənin qaydaları dəyişəcək.

Yenisabah.az xəbər verir ki, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihədə qeyd edilib ki, siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis ediləcək. Marqarita pizza

Təsis yığıncağının keçirildiyi tarixdən 30 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!