“Siyasi partiyalar haqqında“ qanun layihəsi II oxunuşa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

“Siyasi partiyalar haqqında“ qanun layihəsi II oxunuşa çıxarıldı

Siyasət

06 Dekabr 2022 11:46 665


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Yenisabah.az xəbər verir ki, layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib.

O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib. pizza mizza

Qeyd edilib ki, yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.

Daha sonra yeni qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!