Siyavuş Novruzov deputatın güllələnməsindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzov deputatın güllələnməsindən danışdı

Siyasət

29 Mart 2023 09:59 889


Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı təşkil edilmiş xain silahlı hücumu pisləyib.

“Yeni Sabah” xəbər verir ki, deputat hüquq-mühafizə orqanları müvafiq tədbirlər həyata keçirir, cinayətkarların, sifarişçilərin və icraçıların müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunacağına və layiqli şəkildə cəzalandırılacağına şübhə olmadığını bildirib:

“Azərbaycan müstəqil siyasət həyata keçirən güclü dövlətdir. Heç bir qüvvə qeyri-qanuni və cinayət tərkibli əməllərlə dövlətin prinsipial siyasətinə təsir göstərə bilməz. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, heç kim bizim iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməz!” Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!