“Siyavuş Novruzov deyir ki, erkən seçkilər ancaq böhran olan, bataqlıq içində çabalayan ölkələrdə baş verir”.
“Yeni Sabah” xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının təmsilçisi Natiq Cəfərli deyib. O, S. Novruzovun yeni seçkilərin keçirilməsinə ehtiyacın olmadığı haqda əsaslandırmasına reaksiya verərək bildirib:
“Elə onun öz məntiqi ilə belə çıxır ki, 2018-ci ildə erkən prezident, 2020-ci ildə vaxtından əvvəl parlament seçkiləri məmləkətdə ona görə baş verdi ki, ölkədə böhran var idi, Azərbaycan bataqlığın içində çabalayırdı?! Yaxşı, əgər Siyavuş müəllimin məntiqi doğrudursa, niyə YAP o zaman məmləkətin batdığını, böhran içində olduğumuzu, erkən seçkilərin məhz buna görə baş verdiyini açıqlamırdı, etiraf etmirdi?! pizza hut
Əslində isə Siyavuş müəllim deyir ki, oturmuşuq da, gül kimi Milli Məclisdir, imkan verin hələ 3 il də oturaq (işləyək yox ha, məhz oturaq), nədən erkən seçki məsələsini müzakirəyə açırıq ki?!
Amma cənab Novruzov dərindən düşünsəydi özü bilərdi ki, əgər hər iki seçki zamanında olacaqsa, 2025- ci ilin martında Parlament, aprelində isə Prezident seçkiləri çox təhlükəli qrafikdir, çünki, Xankəndi və ətrafında yerləşən “rusməramlı” qüvvələrin mandatı da məhz 2025-də bitir. Seçki dönəmləri daha əvvəl olmalıdır ki, 2025-də “rusməramlıları” yola salmağa ölkənin siyasi sistemi tam hazır olsun, həm seçki dönəmləri, həm də onların ölkədən çıxarılması eyni zamanda baş versə, Kremlin müxtəlif növ müdaxilələrinə məmləkət açıq hala gələ bilər.
Ona görə də, ilk olaraq referendum keçirilərək sistem dəyişməli, Parlament institutu güclənməlidir ki, sonra da yeni seçkilərlə, əsasən proporsional qaydada formalaşacaq Parlament daxili və xarici təzyiqlərdə sığorta rolunu oynaya bilsin. İndiki sistemdə Milli Məclis bu rolu oynaya bilmir”.
Telegram kanalımız