Siyavuş Novruzov: “Makronda Rəhim Qazıyevin xarakteri var”

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzov: “Makronda Rəhim Qazıyevin xarakteri var”

Siyasət

06 İyul 2023 11:55 941


“Makron erməni diasporası ilə görüşdə çox utanmazcasına “Ermənistanın baş nazirindən daha çox Azərbaycana təsir göstərirəm” ifadəsini işlədib. Bu ifadəni işlədən biri ədalətli sülhə nail ola bilər?! Təbii ki, yox”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.

O qeyd edib: “Özünü həmişə yuyulmamış çömçə kimi ortaya atır. Vaxtı ilə nə iclas keçirilirdi, Rəhim Qazıyev də özünü ortaya atırdı. Həmin xarakter məhz Makronda var. Hara gedir, ancaq ermənilər böyründə çıxır. Ermənistanı istəyirsənsə, apar Fransaya birləşdir. İmkan verin ki, özümüz aramızda məsələlərimizi həll edək, danışıqlar Amerika və digər ölkələr də dəstəkləyir. Ədalətli sülhün bağlanmasına Fransa imkan vermir. pizza mizza

Daha bilmirlər ki, ədalətli sülhün olmaması birbaşa Ermənistanın özünə ziyandır. Ən çətin vəziyyətdə yaşayan da ermənilərdir. Ondan-bundan yardım alıb yaşamaq olmaz. Bizim Xarici İşlər Nazirliyi qəti şərt qoymalıdır ki, Fransa sülh məsələsinə qarışmamalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!