Gör, dünyanın hansı nöqtəsindəyik?! Siyavuş Novruzovun dediyi söz ürəyimizdən tikan çıxarır.
Zaman andır. Bir an sonra hər şey dəyişə bilir. Unudular. Cəmi bir kəlmə sözlə hər kəs bizim qəhrəmanımıza çevirilə bilir.
Tam bir sutkadır millət vəkili Siyavuş Novruzovun Millli Məclisdə etdiyi çıxış hər birimizin ürəyinə yağ kimi yayılıb. Niyə? Çünki o, qazilərimizi müdafiə edib. Onlara qarşı olan haqsızlığa sinəsini sipər edib. Deyib ki, niyə qazilərimizi incidir, bəzi dövlət qurumları? Ünvanlı tənqidin təhlükəli olduğu bir zamanda Siyavuş Novruzov ünvanlı olaraq danışıb. Ünvan deyib. Dörd dövlət qurumunun adını çəkib. pizza mizza
Halbuki, o dövlət qurumlarının adını çəkmək indi o qədər də xoş hesab olunmur, bəzi ünvanlarda. Çünki, o qurumların adını çəksən, sən qara siyahılarda ola bilərsən. Çıxışın qayçılanlar. Yazdığın yazılar delet olar. Qarşına bardürlər çıxar. Dediyin sözü “yeyərsən”. Saytdan silərlər, sənin adını da, yazını da....
Bunu Siyavuş Novruzov da bilir. Axı o da bu sistemin bir parçasıdır...
Amma o öz sözünü dedi.
Elə bir tribunadan ki, bu sözü delet etmək mümkün deyil.
O tribunadan deyilən söz quş kimi ağızdan çıxdısa, uçub getdi. Geri qaytarmaq mümkün deyil.
Haqq və ədalət nisbidir. Mən bunu ağlım kəsəndən bilirəm.
Amma onu da bilirəm ki, haqq və ədalət tərəzisinə uyğun gələn kəlmələri kimin dilə gətirdiyininin heç bir fərqi yoxdur. Ədalət ədalətdir. Haqq da haqdır. Nisbidir və hər bir fərd üçün də fərqlidir.
Amma elə ədalət anlayışları var ki, bu, bütün fərdlər qarşısında bərabərlik işarəsi qoyur. Burada nisbi heç nə yoxdur. Siyavuş Novruzovun danışdığı, susa bilmədyi haqq-ədalət kimi.
Bunu hər kəsin bildiyini düşünürəm. Savaşı əsgərlər qazanır, generallar bayram edir.
Tanıdığım onlarla əsgər var. Biri ayağından, biri başından, biri sinəsindən qəlpə yarası alıb. Amma onlar bu gün heç kimdir. Sadəcə sıravi veretandır. Dövlət qurumları üçün fərqi yoxdur ki, onlar Şuşaya, Zəngilana kimi ayaqları mazol yürüyüblər. Yanlarında minamyot partlayıb, kantuziya alıblar, psixoloji travma daşıyırlar və sadə desək “dəli olublar”. Aidiyyatlı dövlət qurumu üçün vacib olan budur: Ayağı kəsilməyib, əli kəsilməyib, qol yerində, baş yerində, əl yerində... “Başqa problemlər bizlik deyil” cavabı verilir. Ədalət budurmu?!
Axı bu, belə deyil.
Yaxınları müharibədə olan adamlar nə demək istyədiyimi çox güman ki, anlayır. Müharibədə olmaq dəhşətdir. Heç bir yara almasan da, müharibədə olmaq əbədi travma deməkdir. Bunu bir kənara qoyaq.
Adamlar var, şəxsən tanıyıram. Çünki qohumlarımda da var.
Müharibədə olub. Ən azı 3-4 yerindən qəlpə yarası alıb. Kantuziyalıdır. Psixoloji olaraq adam bu dünyada deyil. Hətta valideynləri də deyir ki, şəhid olsaydı övladımız, bizim üçün daha qürurverici olardı. Görün, vəziyyət nə qədər dramatik həddədir...
Amma, Siyavuş Novruzovun adını çəkdiyi dövlət qurumları deyir ki, adamın əli, ayağı yerindədir. O, sağlamdır. Getsin, işi ilə məşğul olsun.
Lakin o əsgər, o gizir, o zabit canı ilə əlləşir. Dəhşətli tutmaları var. Kantuzuya nə deməkdir?! Aidiyyatı qurumda bunun nə demək olduğunu bilən varmı görəsən?! Bu, əlin, ayağın kəsilməsindən də dəhşətli bir haldır. Biləsiniz...
Mən ilk dəfədir ki, Siyavuş Novruzovun dediklərini dəstəkləyirəm. Ədalətli olmaq lazmıdır. Hətta ədalət anlayışı nisbi olsa da...
Elnur Məmmədli
Telegram kanalımız