“Siyavuş özünü o qədər biabır elədi ki...”   - Flora Kərimovadan sərt sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Siyavuş özünü o qədər biabır elədi ki...” - Flora Kərimovadan sərt sözlər

Maraqlı

24 Avqust 2020 17:30 18640


AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ölkə gündəminə sözün əsl mənasında bomba kimi düşdü. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Flora Kərimova toyda iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzovun son açıqlaması ilə özünü biabır etdiyini deyib: 

“Siyavuş Novruzovdan sonra mən toy məsələsinə heç münasibət belə bildirmək istəmirəm. Çünki Siyavuş özünü o qədər biabır elədi ki, o qədər rüsvay oldu ki, mən bu mövzuda ona görə danışmaq istəmirəm. Bu saat yıxılanı hamı baltalayır. O ki, qaldı həmin toyda iştirak edən sənət adamlarına, bu, onların şəxsi istəyi, münasibətidir. Mənim ixtiyarım yoxdur ki, kiməsə irad tutam. Hər insan öz düşüncə dərəcəsində hərəkət edir. Mən də  öz hərəkətlərimə və övladlarımın münasibətlərinə cavabdehəm. Qalan kim nə etdi məni maraqlandırmır. Bilirsiniz, yaltaqlıq məni nə qədər üzür.  pizza

Yaltaq insan o qədər cılızlaşır xırdalanır ki… Hərdən mən o qədər utanıram ki, əgər şəhidlərimiz, onların gözüyaşlı anaları olmasaydı, “Vətən sağ olsun” sözü olmasaydı bəlkə də mən utanıb kimliyimdən imtina edərdim”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!