Siyəzəndə qardaş bacısını niyə öldürüb? - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Siyəzəndə qardaş bacısını niyə öldürüb? - TƏFƏRRÜAT

Kriminal

25 Avqust 2024 14:04 814


Siyəzəndə baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, Siyəzən şəhər sakini, 21 yaşlı Səfər Mustafazadə 28 yaşlı bacısı Şəbnəm Mustafazadəni qısqanclıq zəminində öldürüb.

O, yaşadığı evdə bacısına cib bıçağı ilə ürək nahiyəsindən bir zərbə endirib və Şəbnəm yerindəcə keçinib. Dördpendirli pizza

Səfər Mustafazadə bu ağır hadisəni törətdikdən sonra Daxili İşlər Nazirliyinin "102" çağrı xidmətinə məlumat verərək bacısını öldürdüyünü bildirib.

Hadisə Mustafazadələr ailəsinin yaşadığı Siyəzən şəhərində, Həzi Aslanov küçəsi, 2 ünvanında qeydə alınıb.

Qardaşı tərəfindən həyatdan məhrum edilən Şəbnəm "Siyəzən broyler" ASC-də mühasib köməkçisi işləyirdi.

Qətlin tam təfərrüatı Siyəzən Rayon Prokurorluğu tərəfindən araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!