Siyəzəndə torpaq sürüşməsi:   Körpü uçdu - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Siyəzəndə torpaq sürüşməsi: Körpü uçdu - FOTOLAR

Hadisə

18 Aprel 2026 13:34 528


Siyəzən rayonunda torpaq sürüşməsi baş verib.

“Yeni Sabah” xəbərinə görə, hadisə Məşrif kəndinə qeydə alınıb. 

Nəticədə kəndlə rayon mərkəzini birləşdirən yolun üzərindəki körpü uçub.  pizza

Bu hal kənd sakinlərinin rayon mərkəzi və digər bölgələrlə əlaqəsinə ciddi çətinliklər yaradıb.

Kənd sakinlərinin müraciəti əsasında əraziyə baxış keçirilib, mövcud vəziyyət yerində araşdırılıb və müvafiq qeydlər aparılıb. Məsələnin aradan qaldırılması və körpünün bərpası istiqamətində zəruri tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciət olunacağı bildirilib.

Qeyd edək ki, analoji hal rayonun Sədan kəndi ərazisində də yaşanıb. Aprelin 9-da kəndin ərazisində torpaq sürüşməsi olub, yarğanlar əmələ gəlib. Hazırda ərazi nəzarətdə saxlanılır, sürüşmə proseslərinin dinamikası izlənilir və mütəmadi monitorinqlər aparılır.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!