Siyəzəndə yük avtomobili aşdı, yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Siyəzəndə yük avtomobili aşdı, yaralılar var

Hadisə

02 Noyabr 2019 20:47 850


Siyəzən rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Yeni Sabah" xəbər verir ki, paytaxt istiqamətində hərəkətdə olan "Mitsubishi" markalı yük maşını Bakı-Quba yolunun 103-cü kilometrliyində idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı Qaradağ rayon sakini, 1997-ci il təvəllüdlü İnşallah Mirzə oğlu Məmmədov, Qəbələ rayon, Vəndam kənd sakini, 1989-cu il təvəllüdlü İsmayıl Dilavər oğlu Musayev müxtəlif xəsarətlər alıblar. Toyuqlu pizza

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası göndərilib, yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!