“Siz adi bir küçə xuliqanından yox,sənətkardan danışırsız” – Bəşirqızı Xanlarovanı müdafiə etdi

saytların hazırlanması

Evə çatdırılma

“Siz adi bir küçə xuliqanından yox,sənətkardan danışırsız” – Bəşirqızı Xanlarovanı müdafiə etdi

Şou

05 Mart 2019 21:13 1410


"Zeynəb xanım bizim incəsənətimizin incisi, musiqi sənətimizin ağbirçəyi, öz sözünü demiş insandır. Ola bilər ki, o anda nəsə qəribə bir hal gəldi. Vətənimizin gözəlləşməyi, tikilən otellər xoşuna gəlib. İnsandır, o da öz fikrini bildirdi. Dedi ki, bu gözəlliklərdən danışaq, amma danışan olmadı".

Bunu Xalq artisti Afaq Bəşirqızı prezidentin mədəniyyət xadimləri ilə görüşündə Zeynəb Xanlarovanın çıxışı haqda danışarkən deyib:

"Mənim xalqım böyük-kiçik yeri biləndir. Gənclərimin tərbiyəsinə, qızlarımın həyasına, ağsaqqallarımın məsləhətinə, ağbirçəyimin vəsiyyətlərinə qurban olum.  Amma çox xahiş edirəm, şərhləri yazarkən bir az sayğılı olun. İfadəmə görə üzr istəyirəm. Bilin ki, siz adi bir küçə xuliqanından danışmırsız. Siz sənətkardan danışırsız. Səhvsiz təkcə uca Tanrıdır. Bəlkə də o mənada demədi. Görüşdə kəsərli sözlər oldu, amma az idi. Mehriban Zəki kinostudiyanın təmirsiz olması barədə danışdı. Hər bir sahənin adamı öz peşəsinin qayğısına belə qalsa, problem olmaz. Qardaşım, əzizim, Şəmsinin oğlu, Fərhad Bədəlbəyli böyük bir problemə toxundu. Firəngiz xanım 92 yaşına qədəm qoymuş, evsiz-eşiksiz, Azərbaycan incəsənətində  böyük işlər görmüş, qonşu ölkədən bura pənah gətirmiş, əslən azərbaycanlı olan mədəniyyət nümayəndəsindən danışdı". Dominos pizza

Qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!