“Siz”, yoxsa “sən“? - “Bu, efir mədəniyyətinin tələbidir“

saytların hazırlanması

Evə çatdırılma

“Siz”, yoxsa “sən“? - “Bu, efir mədəniyyətinin tələbidir“

Siyasət

03 Mart 2023 11:55 911


Ötən gün “TV Müsavat”ın canlı yayımında Milli Məclisin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Elman Nəsirovla Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arasında qalmaqal yaranıb. 

Belə ki, Azərbaycanda rus dilinin tədrisi ilə bağlı aparılan debatda S.Cəlaloğlunun E.Nəsirova “sən” deyə müraciət etməsi hakim partiyanın üzvü tərəfindən etirazla qarşılanıb. 

ADP sədri isə öz növbəsində, “siz” ifadəsinin ruslardan qalma “ənənə” olduğunu dilə gətirib. Müxalifətçi, hətta E.Nəsirovu Rusiyanına damı olmaqda da ittiham edib. pizza

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən tanınmış siyasətçi Abutalıb Səmədov deyib ki, siyasilər mütləq bir-birilərinə “siz” deməlidirlər.

Onun sözlərinə görə, bir-biri ilə yaxın və dost münasibətində olan, uzun illər bir-birini tanıyan siyasətçilərin öz aralarında bir-birinə “sən” deyə müraciət etməsində qeyri-adi bir şey yoxdur: 

“Biz dəfələrlə şahid olmuşuq ki, Azərbaycanda tanınmış insanlar dost olsalar da, efirdə bir-birinə “siz” deyə müraciət ediblər. Bu, efir mədəniyyətinin tələbidir. Çünki tanınmış insanlar nümunədirlər və bir-biri ilə danışmaq mədəniyyətini insanlar onlardan öyrənirlər”. 

“Hesab edirəm ki, siyasətçilər nə qədər yaxın olsalar da, bir-birinə “siz” deyə müraciət etsələr, daha yaxşı olar. Bu, bir-birinin fikrinə və şəxsiyyətinə hörmətin nümayişidir. Ona görə ki, xalqımız heç vaxt “sən” deyə müraciətə üstünlük verməyib”, - yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!