“Sizə möhkəm cansağlığı diləyirəm” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Sizə möhkəm cansağlığı diləyirəm” - İlham Əliyev

Maraqlı

10 Fevral 2019 15:18 1545


Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti  Həsən Ruhaniyə məktub ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, məktubunda İ. Əliyev həmkarını ölkənin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik edib: “Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir. Dördpendirli pizza

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!