“Sizin vicdanınız varmı ki...” –  Zümrüd Yağmurdan açıqlama 

“Sizin vicdanınız varmı ki...” – Zümrüd Yağmurdan açıqlama 

Yazar Veb saytların hazırlanması

20 Sentyabr 2019 05:28 1679


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmur qızı Selcan Yağmurun ona və anasına işgəncə verməsi ilə bağlı açıqlamasını təsdiqləyib.

“Yeni Sabah” xəbər verir ki, Z. Yağmur sosial şəbəkədə yazıb: "Bu gün mən kifayət qədər səbirli davrandım. Amma Selcanı mental xəstə çıxarmağa çəhd edənlər, qarşınızda mən varam. Selcan nə xəstədir, nə də yalancı...

18 yaşlı bir gənci linç edənlər, sizin vicdanınız varmı ki, ona xitab edim?"

Xatırladaq ki, Fuad Qəhrəmanlının qızı Selcan Yağmur  atası Fuad Qəhrəmanlının dəfələrlə ona və anası Zümrüd Yağmura işgəncə verdiyini, hətta onların barmaqlarını və diz qapağını qırdığını, artıq atasının zorakılığına dözməyin mümkün olmadığını qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!