Smartfonlar erasının sonu gəlir:   Zukerberq açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Smartfonlar erasının sonu gəlir: Zukerberq açıqladı

Rəqəmsal

16 Fevral 2025 10:01 3200


Təxminən 30 il ərzində müasir həyata hakim olan smartfonlar sadə ünsiyyət vasitəsindən işdən əyləncəyə qədər hər şeyi idarə edən güclü cihaza çevrilib. Lakin bir müddət sonra bu qadcetlər artıq düşünüldüyü qədər zəruri olmaya bilər.

Yenisabah.az xəbər verir ki,  bu cür cəsarətli bəyanatla "Meta" rəhbəri Mark Zukerberq çıxış edib.

O, 10 ildən az müddətdə insanların rəqəmsal məlumatlara əsas giriş üsulu kimi smarteynəklərin smartfonları əvəz edəcəyini proqnozlaşdırıb. pizza sifarişi

"Meta" qurucusu bildirib ki, o, insanların cihazı cibindən çıxarmadan rəqəmsal kontentlə qarşılıqlı əlaqədə olduğu bir dünya təsəvvür edir. İdeya sadədir: telefon ekranına baxmaq əvəzinə, rəqəmsal məlumat real vaxt rejimində real dünyaya əlavə olunacaq.

Ekspertlər bunun, sadəcə, uzaq bir xəyal olmadığını deyirlər. Belə ki, "Meta" və "Apple" artıq AR (artırılmış reallıq) cihazlarına milyardlarla investisiya qoyublar. "Apple"ın "Vision Pro"su şirkətin smartfonlardan kənara çıxmaq planının göstəricisidir, "Meta" isə smarteynəkləri əsas axına çevirməyə cəhd edir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!