SOCAR gəminin adını niyə dəyişib?

saytların hazırlanması

Evə çatdırılma

SOCAR gəminin adını niyə dəyişib?

İqtisadiyyat

01 Fevral 2019 23:12 1142


“Gəmilərin sahibkarı dəyişəndən sonra adlarının da dəyişilməsi standart prosedurdur”.

 Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Poet Qabil” gəmisinin adının dəyişdirilməsilə bağlı sorğuya cavab verərkən deyib. 

İ.Əhmədov bildirib ki, SOCAR inşa etdiyi və istismar etdiyi gəmilərdə ölkəmizi dünyada tanıtmaq üçün rəmzi əhəmiyyət daşıyan müvafiq adların verilməsini də dəstəkləyir: Marqarita pizza

 “Misal üçün, Gəmiqayırma zavodumuzda inşa edilən və Şahdəniz-2 layihəsi çərçivəsində istismar olunan sualtı tikinti gəmisi Azərbaycanın ayrılmaz hissəsi olan Xankəndinin adını daşıyır. İnşa etdiyimiz yeni yarımdalma qazma qurğusu isə ümummilli lider Heydər Əliyevin adınadır.

Eləcə də qeyd etdiyiniz gəminin adında ölkəmizin füsunkar təbiətinin məşhur guşəsi olan Göygölün adı əks olunub (Göy Göl Ulduzu – Blue Lake Star)”.

Qeyd edək ki, gəmi “Palmali” Şirkətlər Qrupu tərəfindən 2015-ci ildə suya buraxılıb. “Palmali” Şirkətlər Qrupundan Modern.az-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, həmin gəmi artıq onlara məxsus olmadığından səlahiyyət sahibi SOCAR-dır. Sözügedən gəmi ilə yanaşı,daha 4 gəmi- “Borçalı”, “Məcid Aslanov”, “Begim Aslanova”, ”Armada Fair”in də adı dəyişdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!