"Günəşli" yatağında neftçinin ölməsi SOCAR-ın bildirdiyi səbəbdən baş verməyib. Əslində neftçi Seymur Vəlixanovun üstünə kislota tökülüb.
Bunu Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı deyib. İyulun 16-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Günəşli" yatağında nerftçinin ölməsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, iyulun 15-də saat 18:50-də "Günəşli" yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi-tədqiqat işləri istehsalat sahəsinin operatoru, 39-yaşlı Seymur Vəlixanov hamamda ölmüş vəziyyətdə aşkar edilib.
"İlkin rəyə əsasən ölümə baş nahiyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub. Hadisənin başvermə səbəbləri "Azneft" İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış komissiya tərəfindən yerində araşdırılır",-SOCAR bildirib. Toyuqlu pizza
M. Qəhrəmanı isə bildirir ki, iyulun 15-də səhər S.Verdiyev kislota ilə dolu 15 litrlik plastik qabı qaldıranda onu yerə salıb. Kislota S.Verdiyevin üzərinə tökülüb, hətta boğazına keçib və o bir saat sonra ölüb. Həmkarların kömək cəhdləri boşa çıxıb.
M.Qəhrəmanlı əlavə edib ki, SOCAR S.Verdiyevin vanna otağında ölməsi barədə məlumat yayıb ki, məthumun ailəsinə kompensasiya verməsin.
"Əslində hər şey mənim dediyim kimi olub. Bu barədə mənə hadisə şahidləri məlumat veriblər. Patoloji-anatomik ekspertiza keçirilib, amma nəticələr bəlli deyil", - M.Qəhrəmanlı deyib.
Telegram kanalımız