Ötən ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında SOCAR-Polimer MMC-nin Polipropilen istehsalı zavodunun açılışı olub. Kanada və Avstriya texnologiyası əsasında ildə 180,0 min ton məhsul istehsalı edəcək zavod 500 nəfər işlə təmin edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Sumqayıtda keçirilən 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında deyilib.
Vurğulanıb ki, İnşaat Kimyəviləri zavodu, Əlvan Metallar və Ferroərintilər zavodu və “Tabaterra” tütün məmulatları fabrikində 500 yeni iş yeri yaradılıb. Marqarita pizza
Qeyd olunub ki, Sumqayıt Kimya Sənaye Parkı ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunun bu il yanvarın 16-da ölkə rəhbərinin iştirakı ilə açılışı olub. Zavodda 500 nəfər daimi işlə təmin ediləcək. Bu Sumqayıtın Müstəqillik tarixində ən böyük layihədir.
Sumqayıt Kimya Sənaye Parkında mövcud 18 rezidenti üzrə layihələrin investisiya dəyəri 3,5 milyard ABŞ dolları təşkil edir. Bunlardan 3 milyard dolları artıq layihələrə yatırılıb. Fəaliyyətdə olan müəssisələrin sayı 11-ə çatıb. İstehsalat və tikinti-quraşdırma işlərində 3 mindən çox işçi çalışır.
Telegram kanalımız