SOCAR Türkiyədə iki şirkət aldı

saytların hazırlanması

Evə çatdırılma

SOCAR Türkiyədə iki şirkət aldı

İqtisadiyyat

17 May 2019 18:58 1061


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə iki şəhərdaxili təbii qaz satışı şirkətini satın alıb. Bununla bağlı “Habertürk” məlumat yayıb.

Türkiyənin Rəqabət Qurumu və Enerji Bazarı Tənzimləmə Qurumu (EPDK) “Bursagaz” və “Kayserigaz” şirkətlərinin SOCAR-a təhvil verilməsi üçün lazım olan qərar və razılığı verib.

“Millenicom Türkiye”nin satışı üçün İnformasiya Texnologiyaları və Əlaqələr Qurumunun gələn həftə qərar verməsi, satışın mayın 29-da baş tutması gözlənilir. pizza

Qeyd edək ki, Türkiyədə son dönəmdə şəhərdaxili qaz satışını həyata keçirən bir neçə şirkət satılıb. Almaniya nəhəngi “EWE AG”yə məxsus “EWE Turkey Holding”, “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji”, “Enervis” və “Millenicom” şirkətləri öz paylarını SOCAR-a satıb.

Tərəflərin satış üçün 140 milyon dollara imza atdığı bildirilir. (Oxu.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!