Soçi bəyanatının mətnində “Qarabağ” sözü yoxdur 

saytların hazırlanması

Evə çatdırılma

Soçi bəyanatının mətnində “Qarabağ” sözü yoxdur 

Siyasət

31 Oktyabr 2022 22:58 1804


Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı Soçi bəyanatı qəbul olunub.

“Yeni Sabah” xəbər verir ki, sənəddə Qarabağla bağlı bir söz belə qeyd olunmayıb.

“Biz Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2022-ci il oktyabrın 31-də Soçidə görüşdük və 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrasını müzakirə etdik. Sezar pizza

Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirilib. Biz humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq", - bəyanatda deyilir.

Qeyd edək ki, bu gün Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib. Danışıqlar 2 saatdan çox davam edib. Görüşdən sonra mətbuata açıqlama verən Rusiya prezidenti Vladimir Putin danışıqların faydalı olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!